İnsan Resursları Meneceri

İnsan Resursları Meneceri

Ümumi Tələblər:

  • Ali təhsil müəssisələrinin İnsan Resurslarının İdarəedilməsi, Psixologiya, Biznesin İdarəedilməsi, İqtisadiyyat, Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri, Sənaye Mühəndisliyi və ya əlaqəli ixtisaslarından məzun olmaq,
  • İnsan Resursları sahəsində (istedadların idarə olunması, karyera planlaşdırılması, təlim və performans idarəçiliyi) ən azı 10 il təcrübəyə malik olmaq,
  • Üstünlük olaraq texnologiya və istehsalat sahələrində mühəndis və texnik/texniki işçilərin işə qəbul proseslərində təcrübə sahibi olmaq,
  • ERP, İR proqram təminatı və rəqəmsal sistemlər haqqında bilik və təcrübəyə malik olmaq,
  • Azərbaycan Türkcəsi, Türkiyə Türkcəsi, İngilis dili və/və ya Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmaq,
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək,
  • Güclü ünsiyyət, liderlik, mentorluq bacarıqlarına sahib olmaq,
  • Analitik düşünmə və məlumat əsaslı hesabat hazırlama bacarığına sahib olmaq,
  • Komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti inkişaf etmiş olmaq,
  • Kişi namizədlər üçün hərbi xidməti tamamlamış olmaq.

Vəzifə və Məsuliyyətlər:

  • İnsan Resursları komandasını idarə edərək işçi qüvvəsinin planlaşdırılması və normativ ştat cədvəllərinin hazırlanmasını təmin etmək,
  • Strateji işə qəbul proseslərini dizayn etmək və təşkilat mədəniyyətinə uyğun istedadları cəlb etmək,
  • Karyera və istedadların idarə olunması sistemlərini inkişaf etdirmək, tətbiq etmək və daim yeniləmək,
  • İnsan Resursları üzrə Biznes Tərəfdaşlarının inkişafını dəstəkləmək, mentorluq etmək,
  • İnsan Resursları proseslərinin prosedur və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək,
  • İR məlumatlarını analiz etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə strateji baxış bucağı təqdim etmək,
  • Təlim ehtiyaclarının təhlilini aparmaq, illik təlim planlarını hazırlamaq və həyata keçirmək,
  • Rəqəmsal İR sistemlərindən səmərəli istifadəni təmin etmək və proseslərin effektivliyini artırmaq.