Ali təhsil müəssisələrinin İnsan Resurslarının İdarəedilməsi, Psixologiya, Biznesin İdarəedilməsi, İqtisadiyyat, Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri, Sənaye Mühəndisliyi və ya əlaqəli ixtisaslarından məzun olmaq,
İnsan Resursları sahəsində (istedadların idarə olunması, karyera planlaşdırılması, təlim və performans idarəçiliyi) ən azı 10 il təcrübəyə malik olmaq,
Üstünlük olaraq texnologiya və istehsalat sahələrində mühəndis və texnik/texniki işçilərin işə qəbul proseslərində təcrübə sahibi olmaq,
ERP, İR proqram təminatı və rəqəmsal sistemlər haqqında bilik və təcrübəyə malik olmaq,
Azərbaycan Türkcəsi, Türkiyə Türkcəsi, İngilis dili və/və ya Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmaq,
MS Office proqramlarını yüksək səviyyədə bilmək,
Güclü ünsiyyət, liderlik, mentorluq bacarıqlarına sahib olmaq,
Analitik düşünmə və məlumat əsaslı hesabat hazırlama bacarığına sahib olmaq,
Komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti inkişaf etmiş olmaq,
Kişi namizədlər üçün hərbi xidməti tamamlamış olmaq.
Vəzifə və Məsuliyyətlər:
İnsan Resursları komandasını idarə edərək işçi qüvvəsinin planlaşdırılması və normativ ştat cədvəllərinin hazırlanmasını təmin etmək,
Strateji işə qəbul proseslərini dizayn etmək və təşkilat mədəniyyətinə uyğun istedadları cəlb etmək,
Karyera və istedadların idarə olunması sistemlərini inkişaf etdirmək, tətbiq etmək və daim yeniləmək,
İnsan Resursları üzrə Biznes Tərəfdaşlarının inkişafını dəstəkləmək, mentorluq etmək,
İnsan Resursları proseslərinin prosedur və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək,
İR məlumatlarını analiz etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə strateji baxış bucağı təqdim etmək,
Təlim ehtiyaclarının təhlilini aparmaq, illik təlim planlarını hazırlamaq və həyata keçirmək,
Rəqəmsal İR sistemlərindən səmərəli istifadəni təmin etmək və proseslərin effektivliyini artırmaq.