Satınalma Mütəxəssisi

Satınalma Mütəxəssisi

Ümumi Kvalifikasiyalar

•   Universitetlərin müvafiq bakalavr fakültələrini bitirmiş olan
•   Müdafiə, aerokosmik və istehsalat sənayesində oxşar vəzifələrdə təcrübəyə malik olmaq üstünlükdür
•   Müqavilə proseslərində bilikli olan
•   MS Excel və digər MS Office proqramlarından qabaqcıl səviyyədə istifadə etməyi bacaran
•   ERP proqramından istifadə qaydalarını bilmək üstünlükdür
•   İngilis dilini mükəmməl bilən
•   Komanda işinə meylli, güclü ünsiyyətcil, nizam-intizamlı, diqqətli və insan münasibətlərində uğurlu olan
•   İntizamlı və yüksək motivasiyalı, qabaqcıl planlaşdırma və təşkilatçılıq bacarıqları olan
•   Güclü planlaşdırma, sürətli qərar vermə və koordinasiya bacarıqları olan
•   Məsuliyyətli, analitik düşünməyi bacaran, dinamik mühitdə cəld işləməyi bacaran və nəticəyönümlü olan
•   Hərbi xidməti bitirənlər və ya hərbi öhdəliyi olmayanlar
•   Xaricdə qısa və uzunmüddətli təyinat üçün heç bir manəsi olmayan


İşin Təsviri

  • İstehsal planlarına uyğun olaraq hərbi və aerokosmik standartlara uyğun material və avadanlıqların vəziyyəti, dəyəri və çatdırılma müddəti nəzərə alınmaqla satın alınması
  • Uyğun təchizatçıların və subpodratçıların müəyyən edilməsi; onların istehsal və keyfiyyət imkanlarının qiymətləndirilməsi; və subpodratçının təsdiqi proseslərinin təqibi
  • İstehsal və Ar-Ge qrupları ilə koordinasiyada tədarük ediləcək materialların istehsal qabiliyyətini/tədarük qabiliyyətini qiymətləndirmək və xərc təhlilinin aparılması
  • Satın alınan materialların logistika əməliyyatlarının təşkili və gömrük icazələri və rəsmiləşdirmə proseslərinin idarə edilməsi və izlənilməsi
  • Ödənişlərin və çatdırılmaların monitorinqi; ERP sistemində idarə olunan əməliyyatları vaxtaşırı yeniləmək və hesabat vermək
  • Təchizatçılarla əlaqələrin idarə edilməsi; təchizatçı və ya materialla əlaqəli uyğunsuzluqları izləmək və düzəldici və qabaqlayıcı tədbirlərin planlaşdırılması/təqibi
  • İnzibati şöbədə materialların satın alınmasının təmin edilməsi.