Üstünlük verilir: Tikinti, Sənaye, Biznes İdarəçiliyi, Logistika və ya oxşar sahələr üzrə ali təhsil.
Tikinti sahəsində işçi və avadanlıq tabeli üzrə ən azı 2 il iş təcrübəsi.
Excel və PDKS / ERP sistemlərini effektiv istifadə edə bilən.
Diqqətli, planlı, və sahə şəraitinə uyğun işləyə bilən.
Güclü ünsiyyət və hesabat hazırlama bacarığına malik.
İşin Təsviri
Tikinti sahəsində bütün işçilərin (daimi, podratçı, gündəlik işçi) işə davamiyyətlərini izləmək.
Aylıq işçi davamiyyət cədvəlini hazırlayıb İnsan Resursları şöbəsinə təqdim etmək.
Sahədəki avadanlıqların (ekskavator, kran, generator, yük maşını, forklift və s.) gündəlik iş saatlarını, operator məlumatlarını və istifadə yerlərini izləmək.
Kirayə və ya podratçı avadanlıqlarının gündəlik/həftəlik/aylıq iş formalarını mütəmadi yoxlamaq.
Avadanlıqların texniki xidmət, nasazlıq, boş dayanma və yanacaq sərfiyyatını qeyd etmək.
Avadanlıq performans məlumatlarını analiz edərək, səmərəlilik və maliyyət baxımından rəhbərliyə hesabat vermək.
Gündəlik, həftəlik və aylıq işçi və avadanlıq tabel hesabatları hazırlamaq.
İşçi və avadanlıq məlumatlarını sahə istehsal həcmləri ilə əlaqələndirərək səmərəlilik analizləri aparmaq.
Müvafiq məlumatların vaxtında hazırlanmasını təmin etmək (əmək haqqı, maliyyət cədvəlləri).
Podratçı şirkətlərlə tabel uyğunluğunu yoxlamaq.
Əskik və ya ziddiyyətli qeydlərlə bağlı sahə məsul şəxsləri və formanlarla əlaqə saxlamaq.