2026 Yay Təcrübəsi | İnformasiya Texnologiyaları

2026 Yay Təcrübəsi | İnformasiya Texnologiyaları

Bölmənin fəaliyyət sahələrinə aşağıdakılar daxildir:
• Serverlərin, kompüter şəbəkələrinin (yerli və internet), və digər infrastruktur komponentlərinin quraşdırılması, nəzarəti və problemsiz işləməsinin təmin edilməsi;
• İstifadəçi hesablarının, giriş hüquqlarının və əməliyyat sistemlərinin idarə edilməsi və işçilərə texniki problemlərlə (avadanlıq, proqram təminatı, şəbəkə) bağlı gündəlik köməklik göstərilməsi və sualların cavablandırılması;
• Şirkətin məlumatlarını və sistemlərini kiberhücumlardan, viruslardan və icazəsiz girişdən qorumaq və təhlükəsizlik siyasətlərinin hazırlanması və tətbiqi, ehtiyat nüsxələrinin (backup) idarə edilməsi;
• Kompüter, noutbuk, printer və digər texniki avadanlıqların təchizatı, inventarizasiyası və təmiri.

Universitetlərin İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kompüter Mühəndisliyi fakültələrində və ya əlaqəli sahədə təhsil alan və şirkətimizdə təcrübə keçmək istəyən təcrübəçi namizədlər elanımıza müraciət edə bilərlər.