Vəzifənin əsas məqsədi istehsal planına uyğun olaraq material tələbatlarının vaxtında və düzgün müəyyən edilməsi, material təminatının planlaşdırılması və istehsal prosesində material çatışmazlığı risklərinin minimuma endirilməsidir.
Seni Neler Bekliyor?
İstehsal planı, BOM (Bill of Materials) və mövcud stok məlumatları əsasında material tələbatlarının hesablanması;
MRP sisteminin nəticələrinin gündəlik/müntəzəm təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi;
Materialların tələb olunan tarixlərdə mövcudluğunun təmin edilməsi üçün satınalma və digər aidiyyəti bölmələrlə koordinasiyanın aparılması;
Material çatışmazlıqlarının əvvəlcədən müəyyən edilməsi və istehsala mümkün təsirlərinin təhlil edilməsi;
Kritik materialların izlənilməsi və gecikmə risklərinin aidiyyəti tərəflərə vaxtında bildirilməsi;
Stok səviyyələrinin izlənilməsi, artıq və çatışmayan ehtiyatların müəyyən edilməsi;
Materialların sifariş tarixlərinin və tələb olunan miqdarların optimallaşdırılması;
İstehsal planında və ya məhsul strukturunda baş verən dəyişikliklərin material tələbatına təsirinin təhlil edilməsi;
ERP/MRP sistemində material planlaşdırılması ilə bağlı məlumatların düzgünlüyünün yoxlanılması və yenilənməsi;
Satınalma, istehsal planlama, anbar, logistika, mühəndislik və digər əlaqəli bölmələrlə koordinasiyalı işləmək;
Material təminatı və çatışmazlıqlarla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Material planlaşdırılması prosesinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində təkliflərin hazırlanması.
Genel Nitelikler
Ali təhsil – sənaye mühəndisliyi, mexanika mühəndisliyi, logistika, təchizat zəncirinin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
İstehsal planlaşdırılması, material planlaşdırılması, təchizat zənciri və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür;
MRP (Material Requirements Planning) məntiqi və prinsipləri haqqında bilik;
BOM, stok, Lead Time, Safety Stock, Lot Size, Reorder Point və digər material planlaşdırılması anlayışları haqqında bilik;
ERP/MRP sistemləri ilə işləmək bacarığı;
MS Office proqramlarından (xüsusilə MS Excel, Word və PowerPoint) effektiv və sərbəst istifadə etmək bacarığı;
Böyük həcmli məlumatları təhlil etmək və nəticə çıxarmaq bacarığı;
Analitik və sistemli düşünmə qabiliyyəti;
Problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
Planlama, prioritetləşdirmə və vaxtın idarə edilməsi bacarığı;
Müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya və koordinasiya qurmaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
Hərbi xidmət keçmiş (hərbi xidmətə yararlı şəxslər üçün) namizədlərə üstünlük verilir.