Mexaniki sistem və avadanlıqların təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək, texniki xidmət və təmir işlərinə nəzarət etmək, mexaniki texniki xidmət komandasını idarə etmək və bütün texniki xidmət fəaliyyətlərinin müəyyən edilmiş texniki, təhlükəsizlik, keyfiyyət və əməliyyat standartlarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək.
Seni Neler Bekliyor?
Mexaniki texniki xidmət komandasına rəhbərlik etmək, fəaliyyətlərini nəzarətdə saxlamaq və gündəlik texniki xidmət işlərini koordinasiya etmək,
Planlaşdırılmış və təcili texniki xidmət işləri zamanı aidiyyəti şöbələrlə koordinasiyanı və səmərəli kommunikasiyanı təmin etmək,
Xarici podratçı və xidmət təminatçılarının fəaliyyətinə nəzarət etmək, texniki xidmət işlərinin təhlükəsiz və müəyyən edilmiş standartlara uyğun həyata keçirilməsini təmin etmək,
Texniki xidmət qrafiklərini, iş tapşırıqlarını, ehtiyat hissələrini, alətləri və texniki sənədləri monitorinq etmək.
Genel Nitelikler
Maşınqayırma mühəndisliyi ixtisası üzrə məzun olmaq,
Tikinti sahəsində mexaniki sistemlərin (HVAC, yanğınsöndürmə, sanitar-texniki sistemlər, havalandırma və s.) tətbiqi üzrə ən azı 5–7 il iş təcrübəsinə malik olmaq,
Ən azı 2–5 il sahə rəisi (şef) vəzifəsində çalışmış və idarəetmə təcrübəsinə malik olmaq,
Subpodratçı (taşeron) komandaların gündəlik fəaliyyətini planlaşdırmaq, sahədə görülən işlərin layihəyə, keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğunu yoxlamaq,
Mexaniki sistemlər üzrə materialların təsdiqi, satınalma, sınaq və istismara vermə (commissioning) proseslərində səriştəli olmaq,
Elektrik və tikinti komandaları ilə sahədə effektiv koordinasiya və güclü kommunikasiya qurmaq,
Gündəlik və həftəlik sahə üzrə işlərin gedişatı hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək,
AutoCAD və MS Office proqramlarını yaxşı səviyyədə bilmək,
Komanda idarəetmə bacarığına malik olmaq, analitik düşünmək və Əməyin Mühafizəsi və Təhlükəsizlik qaydalarını müvafiq şəkildə tətbiq etmək.