İstehsalat Rəisi

İstehsalat Rəisi

İş təsviri
• Batareya qablaşdırma xətti və dron montaj xəttinin istehsal proseslərinin planlaşdırılması və idarə edilməsi,
• Gündəlik, həftəlik və aylıq istehsal planlarının yaradılması və icrası,
• İstehsal hədəflərini müəyyən edərək, vaxtında və keyfiyyətli istehsalın təmin edilməsi,
• Keyfiyyət standartlarının saxlanmasını və təkmilləşdirilməsini təmin etmək,
• Əməyin mühafizəsi və təhlükəsizliyi prosedurlarını həyata keçirmək və nəzarət etmək,
• Səmərəliliyi artırmaq üçün prosesi təkmilləşdirmə tədqiqatlarının aparılması,
• Maşınların, avadanlıqların və obyektlərin texniki xidmət fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi,
• Satınalma, Ar-Ge və digər bölmələrlə əlaqələndirmə,
• Komanda motivasiyasını artıraraq məhsuldar iş mühitinin yaradılması.

Tələb olunan Kvalifikasiyalar
• Universitetlərin Elektrik-Elektronika Mühəndisliyi, Mexatronika Mühəndisliyi və müvafiq mühəndislik fakültələrini bitirmiş,
• Aviasiya və müdafiə sənayesində istehsal proseslərində ən azı 2 il iş təcrübəsi
• Dronların yığılması, elektron komponentlər və mexaniki sistemlər üzrə biliyə sahib olan,
• İstehsalın idarə edilməsi və proseslərin təkmilləşdirilməsi sahəsində təcrübəyə malik olan,
• Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, AS9100 və s.) və əməyin mühafizəsi məsələləri üzrə biliklər,
• ERP sistemləri və istehsal planlama proqramlarından istifadə etməyi bacaran,
• Texniki təsvirləri və sənədləri oxumaq/anlamaq bacarığı,
• Komanda idarəçiliyi, planlaşdırma və təşkilatçılıq bacarıqları olan,
• Çevik iş saatlarına uyğunlaşa bilən,
• Kişi namizədlər üçün hərbi xidməti bitirən,
• Maşın sürməyi bacaran.