Kompozit materiallardan hazırlanan məhsulların istehsal prosesində texnoloji tələblərə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun olaraq əl ilə formalaşdırma,yaş üsulla qatların sərilməsi, prepreg materialların qat-qat sərilməsi, trim və kəsim, səth hazırlığı və silindrik fırça vasitəsilə boya işlərinin yerinə yetirilməsini təmin etmək.
Pozisiya üzrə çalışan əməkdaşdan istehsal prosesinin ardıcıllığına riayət etməsi, istifadə olunan material və alətlərdən düzgün istifadə etməsi, məhsulun keyfiyyətinə və iş təhlükəsizliyi tələblərinə məsuliyyətlə yanaşması gözlənilir.
Seni Neler Bekliyor?
Kompozit materialların yaş üsulla qatların sərilməsi və əl ilə formalaşdırılması;
Prepreg materialların sərilməsi, layların düzgün istiqamətləndirilməsi və texnoloji ardıcıllığın qorunması;
Kompozit detalların trim və kəsim əməliyyatlarının şablon ve yaxud texniki cizgi vasitəsilə yerinə yetirilməsi;
Qəlib və səthlərin istehsala hazırlanması;
Yaş boya tətbiqi və boya öncəsi səth hazırlığı işlərinin yerinə yetirilməsi;
Divar kağızı, vinil və digər örtüklərin tətbiqi sahəsində əldə edilmiş əl işi bacarıqlarından istehsalat prosesində istifadə edilməsi;
İş zamanı əl alətləri və istehsalat avadanlıqlarından təhlükəsiz və düzgün istifadə edilməsi;
İstehsalat, keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
Texnoloji təlimatlara və bölmə rəisinin göstərişlərinə uyğun işləmək.
Genel Nitelikler
Kompozit istehsalat, fiberglass, karbon fiber və ya oxşar istehsalat sahəsində, həmçinin avtomobil təmir sexlərində avtomobil bamperlərinin təmiri və bərpası üzrə, inşaat sektorunda rəngsaz və yaxud divar kağızı və dekorativ örtüklərin tətbiqi üzrə iş təcrübəsi arzuolunandır;
Trim, kəsim, zımparalama və səth hazırlığı üzrə praktiki təcrübə;
Yaş boya və boya öncəsi hazırlıq işlərində təcrübə;
Divar kağızı, vinil və digər örtüklərin tətbiqi üzrə praktiki əl işi bacarığı olan namizədlərə üstünlük verilir;
Əl alətləri ilə işləmə bacarığı;
Texniki təlimatları oxuma və tətbiq etmə qabiliyyəti;
Ölçü və dəqiqlik anlayışının olması;
Keyfiyyətə diqqətli və məsuliyyətli yanaşma;
Komanda ilə işləmək bacarığı;
Fiziki iş şəraitində işləməyə uyğunluq;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə açıq olmaq;
Müvafiq texniki və ya peşə təhsili arzuolunandır.
Kompozit istehsalatında birbaşa təcrübəsi olmayan, lakin divar kağızı, vinil örtük, boya, laminasiya və digər dəqiq əl işlərində peşəkar təcrübəsi olan namizədlər də qiymətləndirilə bilər. Bu bacarıqların kompozit istehsalat proseslərinə uyğunlaşdırılması üçün iş yerində təlim nəzərdə tutula bilər.