Mexaniki Montaj Texniki

Mexaniki Montaj Texniki

Pozisyonun Amacı

Mexaniki komponentlərin və avadanlıqların texniki təlimatlara, çertyoj və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun şəkildə yığılması və quraşdırılmasının həyata keçirilməsi; montaj proseslərinin texnoloji ardıcıllığının təmin edilməsi; ölçü və toleransların düzgün yoxlanılması; əl alətləri və avadanlıqlardan düzgün istifadə olunması və görülən işlərin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğun yerinə yetirilməsinin təmin edilməsi.

Seni Neler Bekliyor?

  • Mexaniki komponentlərin və avadanlıqların texniki təlimatlara və müəyyən edilmiş standartlara uyğun şəkildə yığılması və quraşdırılması;
  • Mexaniki birləşmələrin, ölçülərin və toleransların texniki sənədlərə uyğun olaraq yoxlanılması;
  • Montaj prosesində texniki çertyoj, təlimat və digər texniki sənədlərdən istifadə edilməsi;
  • Görülən işlər üzrə tələb olunan texniki sənədləşmənin aparılması;
  • Montaj zamanı əl alətləri, ölçü cihazları və istehsalat avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi;
  • İşlərin müəyyən edilmiş keyfiyyət standartlarına və texnoloji tələblərə uyğun, vaxtında yerinə yetirilməsi;
  • İstehsalat, keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Texniki təlimatlara və bölmə rəhbərinin göstərişlərinə uyğun işləmək.

Genel Nitelikler

  • Mexanika, mexatronika və ya müvafiq texniki sahələr üzrə peşə və ya tam orta təhsil;
  • Mexaniki montaj, texniki xidmət, istehsalat və ya oxşar sahələrdə iş təcrübəsinin olması;
  • Müxtəlif əl alətləri və işçi avadanlıqlardan istifadə bacarığı;
  • Texniki çertyoj və təlimatları oxuma və tətbiq etmə qabiliyyəti;
  • Ölçü və toalerans anlayışının olması;
  • Detallara diqqətli və dəqiq yanaşma;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Texniki tələblərə və iş ardıcıllığına riayət etmək bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yüksək iş tempində və növbəli iş rejimində işləməyə uyğunluq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Öyrənməyə və yeni bilik və bacarıqları mənimsəməyə açıq olmaq;
  • Kişi namizədlər üçün hərbi xidmət öhdəliyinin olmaması.

Qeyd: Mexaniki montaj üzrə birbaşa iş təcrübəsi olmayan, lakin avtomobil nəqliyyatı və digər texniki vasitələr üzrə çilingər, mexanik və ya digər uyğun sahələrdə praktiki iş təcrübəsi olan namizədlər də müraciət edə bilər.