Kabel xətlərinin hazırlanması, markalanması, çəkilməsi və qoşulması işlərini texniki sxemlərə uyğun yerinə yetirmək, montaj prosesində iştirak etmək, ölçü və keyfiyyətə nəzarət etmək, elektrik təhlükəsizliyi qaydalarına əməl etmək və istehsalat tapşırıqlarının icrasına dəstək vermək.
Seni Neler Bekliyor?
Kabel qoşqularının hazırlanması, montajı və yığılmasını texniki çertyojlara uyğun icra etmək;
Kabel uclarının soyulması, krimpləmə və konnektor montajı işlərini yerinə yetirmək;
Hazırlanan kabellərin davamlılıq və elektrik yoxlamalarını aparmaq;
Kabel xətlərinin düzgün istiqamət və səliqə ilə yerləşdirilməsini təmin etmək;
Qüsurlu və ya standartlara uyğun olmayan məhsulları müəyyən etmək və ayırmaq;
Alət və avadanlıqlardan təyinatı üzrə səliqəli şəkildə istifadə etmək, iş yerini təmiz saxlamaq;
İstehsal zamanı keyfiyyət və texniki tələblərə əməl etmək;
İş sahəsində təhlükəsizlik qaydalarına riayət etmək.
Genel Nitelikler
Elektrik, elektromexanika və ya əlaqəli texniki sahələr üzrə ali və ya orta ixtisas təhsili;
Xarici dil biliyi arzuolunandır;
MS Office və texniki sxemlərlə işləmək üzrə ilkin bilik;
Kabel montajı və elektrik-quraşdırma sahəsində minimum 1–2 il iş təcrübəsi.