İş təsviri
• Litium əsaslı batareyaların istehsaldan sonrakı elektrik və fiziki sınaqlarının aparılması
• Batareya elementlərinin gərginliyini, cərəyanını, daxili müqavimətini, tutumunu və temperaturunun ölçmə işlərinin həyata keçirilməsi,
• Batareya paketlərinin balanslaşdırılması, doldurma-boşaltma dövrü və performans testlərini həyata keçirmək.
• Batareya test cihazları ilə sınaq proseslərinin aparılması (məsələn, ACEY CT506-512H, cari yük test cihazları, hüceyrə balanslaşdırıcıları və s.)
• Sınaq edilmiş batareyaların ölçmə məlumatlarını təhlil edərək uyğunluğun qiymətləndirilməsini aparmaq.
• Nasazlıq aşkar edilmiş batareya modullarını qeyd edib, texniki qrupa məlumat verilməsi
• İstehsal və sınaq məlumatlarının ətraflı və müntəzəm olaraq qeyd edilməsi
• Sınaq sahəsində əməyin mühafizəsi və ESD qaydalarına uyğun işləmək
• Zəruri hallarda yeni test prosedurlarının yaradılmasına dəstək
Tələb olunan Kvalifikasiyalar
• Peşə Məktəbi vəya Universitetlərin Elektrik, Elektronika və ya əlaqəli əlaqəli fakültələrini bitirmiş
• Litium batareyalarının istehsalı, sınaq və ya keyfiyyətə nəzarət proseslərində ən azı 1 il təcrübəyə malik olması üstünlükdür
• Multimetr, IR ölçmə cihazı, hüceyrə testerləri, balanslaşdırıcı cihazlar kimi avadanlıqlardan istifadə etmə bacarığın malik olan
• Batareyanın mühafizə sxemləri (BMS), seriyalı paralel birləşmələr və batareyanın montaj strukturu haqqında biliklərə malik olan
• Əsas elektronika biliyinə malik olmaq və dövrə üzrə ölçmək və təhlil etmək bacarığına sahib olan
• Texniki sənədləri izləyə bilmə bacarığı
• Komanda işinə meylli, diqqətli və məsuliyyətli olan
• Çevik və gərgin iş tempinə uyğunlaşa bilən
• Xüsusilə yüksək cərəyan və batareya təhlükəsizliyi baxımından əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək