2026 Yay Təcrübəsi | Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Mühəndisi

2026 Yay Təcrübəsi | Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Mühəndisi

Bölmənin fəaliyyət sahələrinə aşağıdakılar daxildir:
• Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqi və nəzarəti
• Risk qiymətləndirilməsi və təhlükə analizlərinin aparılması
• Fövqəladə hallar və təxliyə planlarının hazırlanması və yenilənməsi
• İş yerlərində təhlükəsizlik yoxlamalarının və müşahidələrinin həyata keçirilməsi
• Qəza və “qəzaya yaxın hal” hadisələrinin araşdırılması və hesabatların hazırlanması
• Fərdi Mühafizə Vasitələrinin (FMV) istifadəsinə nəzarət və işçilərin maarifləndirilməsi
• SƏTƏM təlimlərinin təşkili, keçirilməsi və sənədləşdirilməsi
• Ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və dayanıqlılıq tədbirlərinin görülməsi

Universitetlərin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, Ekologiya mühəndisliyi, Ətraf mühit  və əlaqədar mühəndislik ixtisaslarında təhsil alan və şirkətimizdə təcrübə keçmək istəyən stajyer namizədlər elanımıza müraciət edə bilərlər.