Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis

Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis

Pozisyonun Amacı

Korporativ kommunikasiya fəaliyyətlərinin strateji və effektiv şəkildə həyata keçirilmək, şirkətin korporativ kimliyinin və nüfuzunun davamlı inkişafına töhfə vermək, daxili və xarici kommunikasiya, sosial media, tədbir və təşkilati fəaliyyətlər vasitəsilə şirkətin strateji məqsədlərinə və yüksək texnologiya yönümlü innovativ mövqeyinə uyğun vahid kommunikasiya yanaşmasının formalaşdırılmasını dəstəkləmək.

Seni Neler Bekliyor?

  • Şirkətin korporativ kimliyinin idarə olunması üzrə fəaliyyətlərə dəstək göstərmək,
  • Sosial media strategiyasının hazırlanmasında iştirak etmək, paylaşımlarla bağlı vizual dizayn proseslərini dəstəkləmək və ictimaiyyətlə kommunikasiya fəaliyyətlərini həyata keçirmək,
  • Daxili korporativ tədbirlərin və təşkilati fəaliyyətlərin həyata keçirilməsində fəal iştirak etmək,
  • Şirkətdən kənar tədbirlər və təşkilati fəaliyyətlər üzrə iştirak planları hazırlamaq, dekorasiya, məkanın yerləşim planı, kataloq və digər zəruri materialların hazırlanmasını təşkil etmək,
  • Çap və rəqəmsal mediada yayımlanacaq reklam, elan və digər xarici kommunikasiya materiallarının hazırlanması və dərc olunması proseslərini idarə etmək,
  • Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılanması və bütün qonaq qəbul proseslərinə dəstək göstərmək,
  • Marketinq departamenti ilə əməkdaşlıq çərçivəsində təşkilati fəaliyyətlərin həyata keçirilməsinə dəstək olmaq,
  • Müdafiə sənayesindəki aktual prosesləri və gündəmi yaxından izləmək.

Genel Nitelikler

 •  Universitetlərin İctimaiyyətlə Əlaqələr və ya müvafiq ixtisasları üzrə bakalavr dərəcəsinə malik olmaq,

  • Korporativ şirkətlərin Korporativ Kommunikasiya və ya İctimaiyyətlə Əlaqələr departamentlərində ən azı 3 il iş təcrübəsinə malik olmaq,
  • İngilis dilini yüksək səviyyədə bilmək,
  • MS Office proqramlarından sərbəst istifadə etmək, təqdimat hazırlama və hesabatvermə bacarıqlarına malik olmaq,
  • Yerli və beynəlxalq sərgi və tədbirlərin təşkilati proseslərində iş təcrübəsinə malik olmaq,
  • İnsanlarla münasibətlərdə uğurlu və effektiv ünsiyyət bacarıqlarına sahib olmaq,
  • Güclü planlama və təşkilati bacarıqlara malik olmaq,
  • Ölkədaxili və beynəlxalq səfərlər üçün hər hansı məhdudiyyətin olmaması,
  • Dinamik iş mühitinə və çevik iş saatlarına uyğunlaşa bilmək,
  • Kişi namizədlər üçün hərbi xidmətini tamamlamış və ya hərbi xidmətdən azad olunmuş olmaq,
  • Müdafiə sənayesi və aviasiya sektorlarında iş təcrübəsinin olması,
  • Şirkətimizin yüksək texnologiyaların inkişafına yönəlmiş fəaliyyət istiqamətinə uyğun innovativ düşüncə tərzinə sahib olmaq.