Elektromexaniki İnteqrasiya Texniki

Elektromexaniki İnteqrasiya Texniki

Pozisyonun Amacı

Elektromexaniki inteqrasiya proseslərində elektron və mexaniki komponentlərin texniki təlimatlara, çertyoj və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun şəkildə yığılması, quraşdırılması və inteqrasiyasının həyata keçirilməsi; montaj və inteqrasiya proseslərinin texnoloji ardıcıllığının təmin edilməsi, əl alətləri və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə olunması, görülən işlərin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğun şəkildə yerinə yetirilməsinin təmin edilməsi.

Seni Neler Bekliyor?

  • Elektron və mexaniki komponentlərin texniki təlimatlara və müəyyən edilmiş standartlara uyğun şəkildə yığılması və quraşdırılması;
  • Elektron və mexaniki komponentlərin bir-biri ilə inteqrasiyasının təmin edilməsi;
  • Montaj və inteqrasiya prosesində texniki çertyoj, təlimat və digər texniki sənədlərdən istifadə edilməsi;
  • Görülən işlər üzrə tələb olunan texniki sənədləşmənin aparılması;
  • Avadanlıq və komponentlərin texniki tələblərə uyğunluğunun yoxlanılması;
  • Montaj zamanı əl alətləri, ölçü cihazları və işçi avadanlıqlardan düzgün və təhlükəsiz istifadə edilməsi;
  • İşlərin müəyyən edilmiş keyfiyyət standartlarına və texnoloji tələblərə uyğun, vaxtında yerinə yetirilməsi;
  • İstehsalat, keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Texniki təlimatlara və bölmə rəhbərinin göstərişlərinə uyğun işləmək.

Genel Nitelikler

  • Elektronika, mexanika, avtomatika və ya müvafiq texniki sahələr üzrə peşə və ya tam orta təhsil;
  • Elektromexaniki montaj, texniki xidmət, istehsalat və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
  • Müxtəlif əl alətləri və işçi avadanlıqlardan istifadə bacarığı;
  • Texniki çertyoj və təlimatları oxuma və tətbiq etmə qabiliyyəti;
  • Elektron və mexaniki komponentlərlə işləmə bacarığı;
  • Detallara diqqətli və dəqiq yanaşma;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Texniki tələblərə və iş ardıcıllığına riayət etmək bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yüksək iş tempində və növbəli iş rejimində işləməyə uyğunluq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Öyrənməyə və yeni bilik və bacarıqları mənimsəməyə açıq olmaq;
  • Kişi namizədlər üçün hərbi xidmət öhdəliyinin olmaması.

Qeyd: Elektromexaniki inteqrasiya üzrə birbaşa iş təcrübəsi olmayan, lakin elektronika, mexanika, avtomatika və digər texniki sahələrdə praktiki iş təcrübəsi olan namizədlər də müraciət edə bilər.