Genişmiqyaslı sənaye obyekti, infrastruktur və üst tikinti layihəmizdə çalışmaq üçün, sahədəki bütün topoqrafik və geodezik ölçmə fəaliyyətlərini idarə edəcək, subpodratçıların koordinasiyasını təmin edəcək və texniki ofislə inteqrasiyalı şəkildə işləyəcək Geodeziya Mühəndisi axtarışımız mövcuddur.
Seni Neler Bekliyor?
Dəmir-beton, polad imalatlar, ankerlərin yerləşdirilməsi və ağır infrastruktur (yüksək gərginlikli xətlər, transformator stansiyaları, drenaj və s.) işlərinin layihəyə uyğun olaraq sahəyə tətbiqi (aplikasiyası) və subpodratçı işlərinin yerində yoxlanılması.
Qazıntı, dolğu və zəmin stabilizasiya işlərinin gündəlik/həftəlik ölçmələrini apararaq həcm (kubaj) hesablamalarının çıxarılması və aktlara (hakedişlərə) əsas təşkil edəcək məlumatların texniki ofisə tam şəkildə təqdim edilməsi.
Tamamlanmış işlərin rölövelərinin (faktiki ölçülərinin) götürülərək as-built layihələrinin hazırlanması və mövcud vəziyyətin rəqəmsal mühitə köçürülməsi.
Subpodratçı şirkətlərin tərkibindəki topoqraf və geodeziya komandalarının gündəlik iş planlarının istiqamətləndirilməsi, yoxlanılması və əməyin mühafizəsi / təhlükəsizlik qaydalarına uyğun işləmələrinin təmin edilməsi.
Sahədə istifadə olunan bütün ölçmə cihazlarının inventar izlənməsi, dövri baxımlarının və kalibrləmələrinin tam həyata keçirilməsi.
Genel Nitelikler
Universitetlərin Geodeziya, Xəritəçilik və ya Geomatika Mühəndisliyi ixtisaslarından məzun.
İrihəcmli üst tikinti, ağır polad konstruksiya və geniş infrastruktur layihələrində ən az 5-7 illik təcrübə (Ölçmə Rəhbəri olaraq ən az 2 il).
Total Station, GPS/GNSS, Nivelir və s. ölçü cihazlarından peşəkar və aktiv şəkildə istifadə edə bilən; kalibrləmə proseslərinə hakim.
AutoCAD, Civil 3D, Netcad və MS Office (xüsusilə Excel) proqramlarından yaxşı dərəcədə istifadə etməyi bacaran.
Qazıntı, dolğu (blokaj, atval və s.), torpaq bərkitmə işləri və həcm (kubaj) hesablamalarında təcrübəli; hakediş (Forma 2) sənədlərinin altqurumunu hazırlaya bilən.
Subpodratçı ölçmə qruplarına sahədə nəzarət edə bilən, iş qrafikinə uyğunluğu izləyə bilən və komandanın nizam-intizamlı idarəedilməsini təmin edə bilən.
Texniki layihələri oxumaq və təhlil etmək mövzusunda yüksək bacarığa malik.
Gərgin şantiye tempinə və çevik iş saatlarına uyğunlaşa bilən.
Analitik düşünmə, problemləri sürətli həll etmə və güclü ünsiyyət bacarıqlarına sahib olan.
Beynəlxalq standartlarda (məsələn; EN standartlarına uyğun polad istehsalı dözümlülükləri və s.) işləmiş və xarici şantiye mədəniyyətinə bələd olanlara üstünlük verilir.