2027 Yaz Təcrübəsi | Mexaniki Emal Texniki

2027 Yaz Təcrübəsi | Mexaniki Emal Texniki

Bölmənin fəaliyyət sahələrinə aşağıdakılar daxildir:

  • CNC Torna və Frez dəzgahları ilə mexaniki emal prosesləri;
  • Yüksək dəqiqlikli mexaniki emal üsullarının öyrənilməsi;
  • CNC dəzgahlarının iş prinsipləri və texniki idarəetmə sistemləri ilə tanışlıq;
  • 3D printerlər və əlavəli istehsal texnologiyalarının tətbiqi ilə tanışlıq;
  • Mexaniki emal proseslərinin texniki tələblərə və müəyyən edilmiş standartlara uyğunluğunun öyrənilməsi;
  • Hazır məhsulların keyfiyyətə nəzarət prosedurlarına uyğunluğunun yoxlanılması;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.

Texniki peşə məktəblərinin mexaniki emal, Maşınqayırma, Mexanika, CNC Torna və Frez Dəzgahlarının operatorluğu və ya əlaqəli ixtisasları üzrə təhsil alan, texniki avadanlıqlarla işləməyə maraq göstərən, komanda ilə işləmək bacarığı olan, bilik və bacarıqlarını inkişaf etdirmək, müasir istehsal texnologiyaları ilə tanış olmaq və praktiki təcrübə qazanmaq istəyən təcrübəçi namizədlər proqramımıza müraciət edə bilərlər.