2027 Yaz Təcrübəsi | Elektromexaniki İnteqrasiya Texniki

2027 Yaz Təcrübəsi | Elektromexaniki İnteqrasiya Texniki

Bölmənin fəaliyyət istiqamətləri arasında :

•Elektron və mexaniki komponentlərin inteqrasiyası prosesləri ilə tanışlıq;
•Elektron və mexaniki hissələrin birləşdirilməsi və montajında iştirak;
•Texniki çertyoj, sxem və montaj təlimatlarının oxunması;
•İnteqrasiya proseslərinin texniki tələblərə uyğun həyata keçirilməsinin öyrənilməsi;
•Görülən işlərin keyfiyyətə nəzarət prosedurlarına uyğunluğunun yoxlanılması;
•Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.


Texniki peşə məktəblərinin müvafiq ixtisasları üzrə təhsil alan, texniki avadanlıqlarla işləməyə maraq göstərən, komanda ilə işləmək bacarığı olan, bilik və bacarıqlarını inkişaf etdirmək, müasir istehsal texnologiyaları ilə tanış olmaq və praktiki təcrübə qazanmaq istəyən təcrübəçi namizədlər proqramımıza müraciət edə bilərlər.