İş təsviri
• Batareya istehsal xəttində avtomatik və yarımavtomat maşınların (Batareyaların çeşidlənməsi, qaynaq və nöqtə maşınları və s.) işlədilməsi.
• İstehsal planına uyğun olaraq maşınları təsirli və səmərəli şəkildə idarə etmək.
• Texniki sənədlərə uyğun olaraq maşın parametrlərini etmək və lazım gəldikdə parametrlərdə dəyişikliklər etmək.
• İstehsal prosesində keyfiyyətə nəzarət standartlarına uyğun işləmək.
• Sadə elektrik və mexaniki nasazlıqların aşkarlanması və ilkin müdaxilənin edilməsi və ya müvafiq bölmələrə yönləndirilməsi.
• Gündəlik istehsal qeydlərinin və maşının performans hesabatlarının aparılması
• Əməyin mühafizəsi qaydalarına tam əməl etməklə təhlükəsiz istehsal mühitinin saxlanması.
Tələb olunan Kvalifikasiyalar
• Peşə məktəblərinin vəya Universitetlərin maşınqayırma, avtomatlaşdırma və s. fakültələrini bitirən
• Tercihen batareya istehsalı, enerji sistemləri və ya elektronika istehsal xətləri üzrə ən azı 1 il iş təcrübəsi.
• Avtomatik qaynaq maşınları, batareya çeşidləmə maşınları və ya oxşar istehsal avadanlıqları ilə işləmə təcrübəsi
• Elektrik və mexaniki sistemlər haqqında ilkin biliklərə sahib olmaq
• İstehsal maşınları ilə bağlı texniki sənədləri oxumaq və başa düşmək
• Komanda işinə meylli, məsuliyyətli və nizam-intizamlı
• Diqqətli, keyfiyyət yönümlü iş yanaşmasına malik olan
• Yeni istehsal texnologiyalarına və proseslərə tez uyğunlaşa bilən
• Gərgin iş tempinə və növbəli iş saatlarına uyğunlaşa bilən