Elektrik üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Elektrik üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Ümumi Kvalifikasiyalar

  • Elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi.
  • Inşaat sahəsində elektrik montajı, dövrə, sistem quraşdırılması və keyfiyyətə nəzarət sahəsində ən az 3–5 il təcrübə.
  • Elektrik montaj prosesləri, test və ölçmə cihazları, kablolama, paylama sistemləri və müvafiq standartlar haqqında bilik.
  • MS Office proqramları və keyfiyyət sənədlərinin hazırlanmasında, yoxlama siyahılarının tərtibində bacarıqlı olmaq.
  • Analitik düşüncə, detallara diqqət, sahə və ofis komandaları ilə koordinasiya bacarığı və güclü ünsiyyət qabiliyyəti.
  • Saha işlərinə qatılmaq, test və yoxlama proseslərinə iştirak etmək və çevik iş rejiminə uyğun olmaq.
  • Texniki səviyyədə İngilis dili biliyi.


İşin Təsviri

  • Layihənin elektrik işləri üçün İnceleme və Test Planları hazırlamaq və ya hazırlanmış planları nəzərdən keçirmək.
  • Tikinti sahəsində aparılan elektrik montajı, kablolama, paylama sistemləri və aşağı/orta/yüksək gərginlik işləri üzrə keyfiyyətə nəzarət tədbirlərini həyata keçirmək.
  • Material və avadanlıq qəbul proseslərində test və yoxlamalar aparmaq; quraşdırılmış sistemlərin çertyojlar, texniki şərtlər və standartlara uyğunluğunu yoxlamaq.
  • Uyğunsuzluqları müəyyən etmək, düzəldici və qabaqlayıcı tədbirləri izləmək və hesabat vermək.
  • Test, işə salma və təhvil proseslərində elektrik sistemlərinin keyfiyyətini qiymətləndirmək.
  • Keyfiyyət sənədlərini hazırlamaq və arxivləşdirmək: yoxlama siyahıları, montaj qəbul formaları, test hesabatları, as-built çertyojlar və s.
  • Layihənin maliyyəti, zaman cədvəli və keyfiyyət məqsədləri baxımından elektrik işləri ilə bağlı riskləri analiz etmək və rəhbərliyə tövsiyələr vermək.