Süni İntellekt Proqram Təminatı Mühəndisi

Süni İntellekt Proqram Təminatı Mühəndisi

 Süni İntellekt Proqram Təminatı Texnologiyaları sahəsində Tədqiqat və İnkişaf (Ar-Ge) fəaliyyətlərində çalışacaq komanda yoldaşları axtarırıq.

 Müraciət edən namizədlər Kompüter Görmə, Şəkil Emalı, Dərin Öyrənmə, Maşın Öyrənməsi və Böyük Dil Modelləri tətbiqləri sahələrindən bacarıqlarına uyğun gələn vəzifələr üçün dəyərləndiriləcəkdir.

Ümumi öhdəliklər:

  • Universitetlərin Kompüter, Proqram təminatı, Riyaziyyat, Elektronika, Mexatronika, Təyyarə, Aerokosmik, Kontrol və oxşar mühəndislik ixtisaslarından məzun və/və ya magistr/doktorantura tələbəsi olmaq.
  • Texniki sənədləri oxuyub anlaya biləcək səviyyədə yaxşı İngilis dili bilmək.
  • C++ və Python kimi proqramlaşdırma dillərini yaxşı səviyyədə bilmək.
  • Alqoritm Analizi və Verilənlər Strukturunda məlumat sahibi olmaq.
  • Proqram təminatı inkişafı və test prosesləri üzrə bilik və təcrübəyə malik olmaq.
  • Riyaziyyat, fizika, həndəsə kimi təbiət elmlərini bilmək.
  • Mürəkkəb problemləri analiz edə bilmək və effektiv həllər təklif edə bilmək.
  • Maşın öyrənməsi və dərin öyrənmə sahələrində istifadə olunan kitabxana və tərtibat alətlərində bilik və təcrübəyə malik olmaq.
  • Böyük verilənlər toplusu ilə işləmə, verilənlərin etiketlənməsi, analiz və model təlimi sahəsində təcrübə sahibi olmaq.
  • Gərgin iş tempinə və çevik iş saatlarına uyğunlaşa bilmək.
  • Komanda işinə meyilli və məsuliyyətli olmaq.
  • Səyahət məhdudiyyəti olmamalı.

Üstünlük verilir: 

  • Klassik və dərin öyrənmə əsaslı görüntü emalı sahəsində təcrübə sahibi olmaq.
  • SLAM, vizual naviqasiya, marşrut planlaşdırma kimi mövzularda təcrübə sahibi olmaq.
  • Tensorflow, Keras, Pytorch kimi alətlər üzrə bilik və təcrübə sahibi olmaq.
  • GPU və CPU üzərində yüksək performanslı paralel işləmə texnikalarında təcrübə sahibi olmaq.
  • Linux mühitində proqramlaşdırma sahəsində bacarıqlı olmaq.
  • Canlı (“real time”) işləyən sistemlərin inkişafı və istifadəsi barədə bilik və təcrübəyə malik olmaq.
  • Böyük dil modelləri ilə işləmiş; incə tənzimləmə (fine-tuning), prompt mühəndisliyi və xüsusi tapşırıqlar üçün adaptasiya sahəsində təcrübə sahibi olmaq.
  • Səs emalı və modelləri mövzusunda təcrübəyə sahib olmaq.
  • Süni Neyron Şəbəkələrinin optimallaşdırma metodları (“quantization”, “pruning” və s.) barədə bilik və təcrübəyə malik olmaq.
  • Tanınmış jurnallarda məqalə nəşr etmiş olması.