Komanda yoldaşlarımızın məşqinə dəstək olmaq, onların inkişafını gənc və dinamik komandalardan ibarət heyətimizdə görmək bizim üçün çox dəyərlidir. Magistratura və Doktorantura təhsilini davam etdirən kadrlarımıza akademik məzuniyyət hüququ veririk.
Davamlı inkişafı dəstəkləyərək, əməkdaşlarımızın təlim və inkişaf fəaliyyətlərini davam etdiririk.
Komanda yoldaşlarımızın daşınmasının ən təhlükəsiz və ən yaxşı şəraitdə olması üçün əməkdaşlarımızın daşınmasının servis xidmətlərinə dəstək göstəririk.
Yaşıl kampus, müasir və işıqlı yeməkxana, zəngin və uyğun yeməklər, isti söhbətlərə ev sahibliyi edən yeməkxanalar, istirahət guşəsi, idman zalı, voleybol, basketbol və futbol meydançaları, fitnes mərkəzi, hovuz və türk hamamı, kinoteatr otaqları və uşaq meydançası ilə zəngin olan mərkəzimizdə işləməyin sizə qatdığı üstünlükləri ilə hər zaman işçilərimizin haqlarını yaxşılaşdırmağa çalışırıq.
Sİzi və sağlamlığınızı daim önəmsəyirik!
Kampuslarımızda daim ziyarət edəbiləcəyiniz, təcili hallarda yararlana biləcəyiniz həkimlərimiz və tibbi mərkəzlərimiz yerləşməkdədir.
Bundan əlavə bütün əməkdaşlar üçün ayrılan Tibbi sığorta haqqlarından da hər kəs yararlana bilər və öncədən razılaşdırılmış xəstəxanalardakı xidmətlərdən yararlana biləcəklər.
Hamımızın bir təyyarəsi olmadımı? Ağ bir kağızı böyük qayğı ilə qatlayıb səmada süzdürmək bir zamanlar hamımızın xəyalı olmayıb ki? Bəs indi o günlərdən qalan eyni həyəcan və istəklə milli və yerli kapitallı bir təyyarə düzəltməyə nə deyirsiniz ? İşçilərinin əksəriyyətinin gənc mühəndis və texniklərdən ibarət olduğu Bayraktar Texnologia Azərbaycanda səmaya səslənməyə hazırsınız? Bu bayraq üçün, bu torpaq üçün, bu vətən üçün eyni əzm və qətiyyərlə çalışaraq, uğursuzluğa düçar olsa da, təslim olmayaraq əzmlə çalışan gənc komandamızda sizləri də aramızda görməkdən məmnun olarıq.
İş müraciətlərinizi bizim "Veb saytımız" vasitəsilə şirkətimizə təqdim edə bilərsiniz.
Şirkətimizə iş müraciəti etmiş namizədlərin hər birinə müraciətləri ilə bağlı geri dönüşlər edilir.
“Bayraktar Texnoloji Azərbaycan” a şirkətinə öncədən etdiyiniz iş müraciəti ilə bağlı proses yekunlaşıbsa, yenidən iş müraciəti edə bilərsiniz.
Əvvəllər qiymətləndirildiyiniz eyni vəzifə üçün şirkətimizə müraciət etmək istəyirsinizsə, “müraciətiniz mənfi olduqdan 6 ay sonra” təkrar müraciət edə bilərsiniz. Müxtəlif vəzifələr üçün vaxt məhdudiyyəti yoxdur.